Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid və ya Lev Nussimbaum) anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və Vyana Yəhudi Muzeyinin direktoru Barbara Ştaudinqer giriş sözü ilə açıb.
Vyana Universitetində “Müasir Avropa, yoxsa geridə qalmış Asiya. Məhəmməd Əsəd bəyin əsərlərində Şərq və Qərb” mövzusunda dissertasiya müdafiə etmiş Yaqut Abdalla, Berlin Ədəbiyyat Evinin əməkdaşı, Məhəmməd Əsəd bəy irsinin araşdırmaçısı Sebastian Yanuşevski, Almaniyada fəaliyyət göstərən “Hans-Yürgen Maurer” nəşriyyat evinin sahibi Hans-Yürgen Maurer məruzələrlə çıxış ediblər.