Vyanada 27 sentyabr – Anım Günü münasibətilə anım tədbiri keçirilib

28 sentyabr 2026, 18:30
Bellariastraße 8, 1010 Wien, Österreich

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Vyanada 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbə və gənclər, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı şəhidlərimizin xatirəsinə həsr olunmuş “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmi (istehsalçı “Mozg Media Group”, ARKA) bədii filmi nümayiş olunub. 

Tədbirdə Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbə və gənclər, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev çıxış edərək keçmiş münaqişənin ağır humanitar nəticələrindən və Vətən müharibəsinə aparan hadisələrdən bəhs edib. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsinin Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb. 

Tədbirdə həmçinin Avstriyadakı Azərbaycan diasporunun nümayəndələri çıxış ediblər.